“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası”

Mehdi Hüseynzadənin 100 illiyinə kitab nəşr edildi

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası”

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb.

AzNews.az xəbər verir ki, II Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviya və İtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi – tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir.

Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların dili ilə söylənən xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib.

Əsəri Azərbaycan dilinə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

AzNews.az