Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Məhəmməd Fizulinin qəzəlləri mövzusunda musiqi gecəsi keçirilib. Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Məhəmməd Fizulinin qəzəlləri mövzusunda musiqi gecəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən yeni layihə - “Qəzəllər”

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Məhəmməd Fizulinin qəzəlləri mövzusunda musiqi gecəsi keçirilib.

AzNews.az-ın verdiyi xəbərə görə, musiqi gecəsi mərkəzin “Qəzəllər” adlı yeni layihəsi çərçivəsində həyata keçirilib.

Konsertdə Televiziya Muğam Müsabiqələrinin qalibləri və laureatları Almaxanım Əhmədli, Məmməd Nəcəfov və Hüseyn Məlikovun ifasında Fizulinin qəzəllərindən ibarət “Rast” dəstgahı səslənib.

Xanəndələri tarda Valeh Allahverdiyev, kamançada Oktay Şərifov, qanunda Safura Məmmədova, nağarada Elməddin Həsənov müşayiət ediblər.

Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim ediləcək.

“Qəzəllər” layihəsinin növbəti tədbiri Beynəlxalq Muğam Mərkəzində noyabrın 29-da saat 19:00-da keçiriləcək. Konsertdə S.Ə.Şirvaninin qəzəlləri səslənəcək.

AzNews.az