Məmməd İsmayılın tərcümə kitabı Fransada nəşr edildi

“Sәssiz ıhlamurların ürkek uykusu”

Fransanın “Éditions Institut Culturel de Solenzara” nәşriyyatı M.İsmayılın tәrcümәsindә Fransanın önәmli çağdaş şairlәrindәn olan Afanasi Vantçev de Sraysın “Sәssiz ıhlamurların ürkek uykusu” poemasını türk dilindә nәfis şәkildә nәşr edib.

Kitabda M.İsmayılın şair dostu haqqında giriş mәqalәsinә vә Vantçevin hәyat hekayәsinә dә yer verilib.

Keçәn il həmən nәşriyyat bu poemanı M.İsmayılın tәrcümәsindә, Azәrbaycan türkçәsindә ayrıca kitab halında yayınlamışdı.

Yeri gәlmişkәn, fransız şairlә M.İsmayıl arasında dostluq әlaqәlәri iki ildir ki, davam edir. Fransız şair öz tәşәbbüsü ilә keçәn il Mәmmәd İsmayılın seçilmiş şeirlәr kitabını fransız dilinә tәrcümә edәrәk Parisdә nәşr etdirib. (Edebiyyatqazeti.az)

AzNews.az