Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb

“Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.

AzNews.az-ın məlumatına görə, tədbir “Mədəniyyət” kanalı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdə bəstəkarın mahnıları respublikanın tanınmış incəsənət ustaları tərəfindən səsləndirilib. İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

AzNews.az