Qafqaza ilk səfəridir Qafqaza ilk səfəridir

Mario Varqas Tiflisə gəlir

Qafqaza ilk səfəridir

Perulu yazıçı, Nobel mükafatı laureatı Mario Varqas Llosa Tiflisə səfər edəcək.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə səfər 2019-cu il, sentyabr ayının ortalarında baş tutacaq.

82 yaşlı yazıçı Gürcüstana Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəvəti ilə gəlir. Beş günlük səfər çərçivəsində yazıçı gürcü dilinə tərcümə olunmuş “Kilsədə söhbət” romanının təqdimatında iştirak edəcək. Yazıçının gürcü, Azərbaycan, erməni naşir və tərcüməçiləri, eləcə də gürcü tələbə və oxucuları ilə görüşü də nəzərdə tutulub.

Bu, Llosanın Qafqaza ilk səfəridir.

AzNews.az