Qeydiyyat başlayıb Qeydiyyat başlayıb

Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçiriləcək

Qeydiyyat başlayıb

7-11 iyun tarixlərində Bakıda “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu və “Mədəni irs şəhərləri və turizm çağırışları” adlı IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçiriləcək.

AzNews.az-ın məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqı dəstəyi ilə təşkil edilir.

Forum çərçivəsində tarixi şəhərlərdə kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə ediləcək, tarixi şəhərlər və turistlər arasında ahəngə nail olmaq üçün memarların, eləcə də səlahiyyətli şəxslərin müzakirə dialoqu yaradılacaq.

IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi əsas məqsədi isə mükəmməl layihələndirmə və məsuliyyətli planlaşdırılma metodlarını, mədəni irs yerlərində və tarixi əhəmiyyətə malik yerlərdə turizmin inkişafını əks etdirən layihələri (təklif olunan və həyata keçirilən) tanıtmaqdır. Bu, turistlərin yerləşdirilməsi, tarixi əhəmiyyətli yerlərin və obyektlərin təfsir edilməsi və ya açılması üçün yeni imkanlar yarada bilər, eləcə də mövcud binaların turizm məqsədləri üçün uyğun şəkildə yenidən istifadəsinə yol aça bilər.

Forumda iştirak etmək üçün qeydiyyat aşağıda qeyd olunan sayt vasitəsilə həyata keçirilir: www.uia2019baku.org.

AzNews.az