- Mədəni adam
- 11 Aprel 2019 17:36
- 3 190
Məşhur komediya serialı efirlə vidalaşır

TV 8-də yayımlanan məşhur “Jet Sosyete” serialı ekranla vidalaşır.
“Survivor – 2019” yarışmasına görə yayım tarixi dəyişdirilən layihə final etmək qərarına gəlib.
Əvvəlcə, ekran işinin ssenaristi və baş qəhrəmanı Gülse Birsel instaqramda “Jet Sosyete”nin mövsüm finalına ayrılacağını bildirib: “Yeddi həftədir 120 dəqiqəlik bölümlə qarşınıza çıxdıq. Bu həftə çıxmaq şərti ilə mayın ilk günlərinə kimi serialımız yayımlanacaq”.
G. Birselin sözügedən açıqlamasından sonra Türkiyə KİV-lərində yeni bir iddia ortaya atılıb. Bildirilib ki, reytinqli layihə birdəfəlik tamaşaçılarla sağollaşır.(qafqazinfo.az)
AzNews.az