Azərbaycan mətbuatında əsas iş qadınların üzərinə düşür Azərbaycan mətbuatında əsas iş qadınların üzərinə düşür

"Mətbuat Şurasına daxil olan müraciətlərin çoxu qadın istismarı ilə bağlıdır"

Azərbaycan mətbuatında əsas iş qadınların üzərinə düşür

"Azərbaycan jurnalistikasında fəaliyyət göstərən qadınlar 45-55 faiz təşkil edir".

Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan mətbuatında əsas iş qadınların üzərinə düşür.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasına daxil olan müraciətlərin daha çoxu qadın istismarı ilə bağlıdır. (Report)