"Məni görəndə filankəsi sənə görə belə etdim və s. deməyin" "Məni görəndə filankəsi sənə görə belə etdim və s. deməyin"

"Boşanan sənət dostunun dərdinə şərik olmaq istəyirsən, səni aldadır" - Röya Ayxan

"Məni görəndə filankəsi sənə görə belə etdim və s. deməyin"

Əməkdar artist Röya Ayxan "Sözüm var" verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.

AzNews.az xəbər verir ki, Röya Ayxan aparıcının "Bir neçə gün öncə küsülü olduğun Natavan Həbibini qəlbən təbrik etdin. Niyə danışmadığın adama ilk addımı sən atırsan? Axı sən ulduzsan" sualına özünəməxsus cavab verib:

"Axı mən heç kimlə dava etməmişəm. Öz səhvləri olub. Tutaq ki, məni izləyib, sonra "blok"a atırsan. Səni yenə izləyərəm. Çünki mənim heç kimlə problemim yoxdur. Yəqin ki, haradasa xoşuna gəlməmişəm, məni "blok"a atıb. Mən ulduzam və bu belə olmalıdır. Adamlar var ki, onlarla yolun getməz. Mən dostlarımı olduğu kimi qəbul edirəm. Amma eləsi var ki, uzaqlaşıram. Məsələn, boşanan sənət dostunun dərdinə şərik olmaq istəyirsən, səni aldadır. Deməli, sənə inanmır və elələrindən uzaqlaşmağa başlayırsan".

Əməkdar artist sözgəzdirən həmkarlarından da danışıb:

"Mənə kimsə ondan-buna, bundan-ona danışan zaman uzaqlaşıram. Çünki məndən də ona danışır. Onlara demək istəyirəm ki, mən sizi hiss edirəm. Məni görəndə filankəsi sənə görə belə etdim və s. deməyin. O gündən məni itirirsiniz".

Rəqsanə

AzNews.az​

image description