Operanı əməkdar artist Əyyub Quliyev idarə edəcək Operanı əməkdar artist Əyyub Quliyev idarə edəcək

Opera və Balet Teatrında “Sevgi şərbəti”

Operanı əməkdar artist Əyyub Quliyev idarə edəcək

Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş ediləcək.

AzNews.az xəbər verir ki, səhnə əsərində Opera və Balet Teatrının aparıcı solistləri – əməkdar artistlər İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), xalq artisti Əkrəm Poladov (Dulkamara) və başqaları iştirak edəcəklər.

Operanı əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera 2013-cü ildə tamaşaya qoyulub.

Bahar RÜSTƏMLİ

AzNews.az