“Yuğ”da yeni tamaşa - “Quş dili”

Bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir

“Yuğ” Teatrında “Quş dili” tamaşası nümayiş olunacaq.

AzNews.az xəbər verir ki, Təranə Vahidin hekayələri əsasında hazırlanan tamaşanın rejissoru Əbdülqəni Əliyevdir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.

Səhnə əsərində, “Humay” mükafatı laureatı Qasım Nağı, aktyorlar Natəvan Qeybani, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Ölüm mələyi istidə və soyuqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq...

Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

Bahar

AzNews.az