Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:

“Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da Nurani haqqında xatirələrini bölüşüb. Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, tanınmış jurnalist onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Nurani 1992-ci ildən fəaliyyətə başlayaraq "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.

Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.

image description image description image description