Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb. Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb.
  • Mahal
  • 20 Noyabr 2018 15:04
  •  1 516

Usta təmir zamanı hündürlükdən yıxılaraq öldü

Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb.

Hadisə Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsi, ev 63 ünvanında baş verib.

Həmin ünvanda hündürlükdə təmir işləri aparan rayonun İncə Zunud kənd sakini, 1966-cı il təvəllüdlü Kərəm Beydi oğlu Qarayev ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan K.Qarayev travmatik şok vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirlib ki, K.Qarayev xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az