• Mahal
  • 19 Aprel 2019 11:59
  •  582

Səfirlər Şamaxıya gedirlər

Səfərdə diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edir

Bu gün xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfərə gedirlər.

Səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edir.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Xarici diplomatların səfəri çərçivəsində Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

AzNews.az