- Rusiya və İran
- 16:13
- 1 805
İran Laricaninin qətlinə cavab olaraq İsrail təyyarələrinə hücum etdiyini bildirib
Tehran, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin sui-qəsdinə cavab olaraq Ben-Gurion hava limanında İsrailin yanacaqdoldurma təyyarəsinə zərbə endirib.
Fars xəbər agentliyi bu barədə məlumat yayıb.
Telegram kanalında bildirilir ki, "Bu səhərdən etibarən Laricani-yə qarşı qisas olaraq, Ben-Qurion hava limanında sionist rejimin yanacaq dolduran təyyarələrinin yerləşdiyi yerə bir dalğa dronlar hücum edib".
İran ordusu vida mərasimində kütləvi iştiraklarına görə vətəndaşlara minnətdarlığını bildirib və milli birliyin silahlı qüvvələrin əhval-ruhiyyəsini yüksəltməkdə əsas amil olduğunu vurğulayıb. İsrailə qarşı qisas tədbirlərinin dayandırılmayacağını və bütün mövcud atəş gücündən istifadə etməklə davam edəcəyini açıqlayıb
Mövsüm,
AzNews.az