O, çaydan keçəndə su onu aparıb. O, çaydan keçəndə su onu aparıb.
  • Mahal
  • 27 Aprel 2019 11:34
  •  2 171

Tovuzda 69 yaşlı kişinin meyiti tapıldı - "Çaydan keçəndə..."

O, çaydan keçəndə su onu aparıb.

Tovuzda su anbarına düşən 69 yaşlı kişinin meyiti aşkar edilib.

Bu haqda informasiyanı AzNews.az-a rayonun Vahidli kənd sakinləri verib. Onların sözlərinə, Dilənov Vidadi Allahverdi oğlunun meyiti bu saatlarda tapılıb:

“Vidadi Dilənov Tovuzun Öysüzlü kəndindəndir. Onun Vahidli kəndində oğlu yaşayır. Kişi onlara qonaq gəlirmiş. Bir neçə gündür yağmurlu hava şəraiti ilə əlaqədar Vahidli kəndində çay suları qalxıb. Vidadi kişi çox arıq, çəlimsiz olub. O, çaydan keçəndə su onu aparıb. Axtaranda baxıblar ki, meyiti çayın kənarında kola ilişib”.

Qeyd edək ki, onun axtarışlarının aparılması üçün hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunmuşdu.

Bahar RÜSTƏMLİ

AzNews.az