Həkimlərin vaxtında müdaxiləsindən sonra Şamxal Bağırovun vəziyyəti sabitləşib Həkimlərin vaxtında müdaxiləsindən sonra Şamxal Bağırovun vəziyyəti sabitləşib
  • Mahal
  • 24 May 2019 14:59
  •  1 407

Yol polisi məktəblinin həyatını xilas etdi

Həkimlərin vaxtında müdaxiləsindən sonra Şamxal Bağırovun vəziyyəti sabitləşib

Cəlilabadda yol polisi məktəblinin həyatını xilas edib.

Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Rauf Məmmədov ərazidə xidmət apararkən yol kənarında azyaşlının yerə yıxıldığını görüb. Hadisə yerinə yaxınlaşdıqda isə məlum olub ki, 16 yaşlı Şamxal Həşim oğlu Bağırov qıcolma nəticəsində özündən gedib.

Huşsuz vəziyyətdə olan məktəblini yol polisi dərhal xidməti avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin vaxtında müdaxiləsindən sonra Ş.Bağırovun vəziyyəti sabitləşib.(ona.az)

AzNews.az