Bu məlumatı FHN-in mətbuat xidməti yayıb Bu məlumatı FHN-in mətbuat xidməti yayıb
  • Mahal
  • 22 İyun 2019 10:36
  •  2 239

Kürdə batan qardaşlardan birinin meyiti tapıldı

Bu məlumatı FHN-in mətbuat xidməti yayıb

Dünən Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.

Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 kilometr aralıda tapılaraq təhvil verilib.

Hazırda dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.