Xəsarət alanalar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb Xəsarət alanalar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb
  • Mahal
  • 7 İyul 2019 08:30
  •  1 382

Balakəndə yol qəzasında üç nəfər yaralandı

Xəsarət alanalar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb

Gecə saat 02:00 radələrində Balakən-Kortala avtomobil yolunda qəza baş verib.

Rayonun Kortala kənd sakini, 1988-ci il təvəllüdlü Xəzər Bəşir oğlu Eminov idarə etdiyi “VAZ” istehsalı olan minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı dirəyə çırpıb.

Qəza zamanı X.Eminov, avtomobildə olan onun həmkəndliləri 1991-ci il təvəllüdlü Elnur
Mehman oğlu Şıxıyev və 1988-ci il təvəllüdlü Anar Abdulla oğlu Şıvlıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, yaralılardan X.Eminovun müalicəsi reanimasiya, E. Şıxıyevin müalicəsi isə cərrahiyyə şöbəsində aparılır. A.Şıvlıyevin xəsarətləri ağır olmadığı üçün həkim nəzarətində saxlanılıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)