Evin qalan hissəsi yanğından mühafizə olunub Evin qalan hissəsi yanğından mühafizə olunub
  • Mahal
  • 11 Sentyabr 2019 05:05
  •  2 032

Astarada 7 otaqlı ev yandı

Evin qalan hissəsi yanğından mühafizə olunub

Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.