Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
  • Mahal
  • 9 Dekabr 2019 19:59
  •  1 422

Bərdədə ağır qəza - Ölən var

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində "Mercedes" və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də saat 17 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az