Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb
  • Mahal
  • 5 Mart 2020 18:01
  •  7 126

Yeni məktəb tikintisi üçün 2 milyon ayrıldı

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamla Goranboy rayonunun Dəliməmmədli şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.