Qaydalara əməl etməyən şəxslər cərimələniblər Qaydalara əməl etməyən şəxslər cərimələniblər
  • Mahal
  • 15 Avqust 2020 13:49
  •  3 849

Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib

Qaydalara əməl etməyən şəxslər cərimələniblər

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.
Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

image description image description