- Mahal
- 10 Sentyabr 2020 15:15
- 4 180
Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin götürülüb

Faktla bağlı araşdırma aparılır
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini R.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.
Avtomobilə baxış zamanı oradan 1 kiloqram 105 qram heroin aşkar edilərək götürülüb.
Sürücü və sərnişinləri - Bakı şəhər sakini E.Şərifov və Neftçala rayon sakini H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
AzNews.az