Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır
  • Mahal
  • 27 Noyabr 2020 11:46
  •  3 562

İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.

Bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır".