Onlar 200 manat məbləğində cərimə edilib Onlar 200 manat məbləğində cərimə edilib
  • Mahal
  • 29 Noyabr 2020 16:27
  •  2 833

Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı

Onlar 200 manat məbləğində cərimə edilib

Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a bildirilib ki, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb. Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı rayonun Yuxarı Daşkəsən Kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.