Hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib Hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib
  • Mahal
  • 23 Fevral 2021 12:59
  •  9 790

Qazi Daşkəsəndə intihar etdi

Hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib

Daşkəsən rayonunda Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Fərman Həsənovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

AzNews.az xəbər verir ki, hazırda Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib. Kənd sakini, F.Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Xatırladaq ki, əsgər F.Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.