Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir
  • Mahal
  • 17 Mart 2021 21:06
  •  6 329

Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC yaradılacaq

Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

AzNews.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

-“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir.(Apa)

AzNews.az