• Mahal
  • 25 Sentyabr 22:09
  •  5 498

Güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ

Prosesin gecə saat 02.00-dan başlanması və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Aznews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bəzi yerlərdə güclü leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02.00-dan başlanması və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s dək güclənəcək.