- Dünyanın halı
- 12:19
- 2 060
"Çin İsrail ordusunun İran rəsmilərini icazəsiz öldürə bilməsindən şoka düşüb"
Çin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hava hücumu nəticəsində öldürülməsini pisləyib, bunu "qəbuledilməz" adlandırıb.
Aznews.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransında Laricaninin ölümü ilə bağlı suala cavab olaraq bildirib ki, Pekin həmişə beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxıb.
“İran dövlət liderlərinin öldürülməsi və mülki hədəflərə hücum aktları qəbuledilməzdir”, - o vurğulayıb.
XİN sözçüsü İsrail müdafiə naziri İsrael Katzın “İsrail ordusu hər hansı yüksək rütbəli İran fiqurunu təsdiq tələb etmədən məhv etməyə səlahiyyətlidir” bəyanatından şoka düşdüklərini qeyd edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, belə açıqlamalar bölgədə gərginliyi artırır və beynəlxalq sabitliyə təhlükə yaradır.
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katzın sözlərinə görə, o və Baş nazir Benyamin Netanyahunun razılığı ilə İsrail ordusuna kəşfiyyat məlumatları və əməliyyat hazırlıqları tamamlandıqdan sonra hərəkət etməyə icazə verilib.