Yol qəzası rayonun Mirzəxanli kəndi ərazisində baş verib Yol qəzası rayonun Mirzəxanli kəndi ərazisində baş verib
  • Mahal
  • 17 Oktyabr 2021 23:10
  •  4 458

Bərdədə yol qəzasında bi ailənin 4 üzvü xəsarət aldı - FOTO

Yol qəzası rayonun Mirzəxanli kəndi ərazisində baş verib

Bərdədə baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Aznews.az xəbər verir ki, xəsarət alanlar Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Aysu Rəşad oğlu, 1984-cü il təvəllüdlü Hüseynova Ülviyyə Rasim oğlu, 1976-cı il təvəllüdlü Hüseynov Rəşad Əli oğlu, 2009-cu il təvəllüdlü Hüseynov İmran Rəşad oğlu və Bərdə rayon Mirzəxanli kənd sakini 1992-ci il il təvəllüdlü Məmişov Dünyamin Etibar oğludur.

Qeyd edək ki, onlardan dördü bir ailənin üzvləridir.

20:44

***

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Mirzəxanli kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik maşını "Opel" markalı maşınla toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb.