• Mahal
  • 26 Oktyabr 22:04
  •  2 485

“Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək” - Ərdoğan

Türkiyə Prezidenti Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib

"Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstək verməyə davam edəcək".

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

Türkiyə dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə regionda dayanıqlı sülhün tərəfdarıdır.