Avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək Avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək
  • Mahal
  • 18 Yanvar 2022 10:56
  •  5 002

Vətəndaşlar Ağdam və Şuşaya necə gedəcək?

Avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək

"APA-Economics"in əldə etdiyi məlumata əsasən, ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.

Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.

Qeyd edək ki, məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.

Xatırladaq ki, azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.