Araşdırma aparılır və... Araşdırma aparılır və...
  • Mahal
  • 17 İyul 2022 13:05
  •  51 353

Baş prokurorluqdan icra başçısının müavini ilə bağlı açıqlama

Araşdırma aparılır və...

Baş prokurorluq Lənkəranda 9-cu sinif şagirdinin yerli İcra hakimiyyətinin başçısının müavini tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Baş prokurorlğun bununla bağlı yaydığı açıqlamada deyilir:

"Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılmışdır.
Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanmış, hadisənin şahidi olmuş şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir".

AzNews.az