- Mahal
 - 13 Avqust 2022 19:57
 - 7 781
 
Bərdədə 120 m² sahədə kol-kos yanıb
            Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub
Bərdə rayonunun Zümürxan kəndində həyətyanı sahədə yığılan 18 ton ot bağlamasının 6 tonu və yol kənarında 120 m² sahədə kol-kos yanıb.
Aznews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.