• Mahal
  • 20 Avqust 2023 20:29
  •  5 826

Oğuzda iki avtomobil toqquşub , xəsarət alanlar var

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar ilk əvvəl Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyətləri nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.