- Mahal
- 23 Avqust 2024 17:40
- 6 481
Sahib Alıyevin Ağdaşda seçki kampaniyası uğurla davam edir
Sahib Alıyevin sentyabrın 1-də keçiriləcək parlament seçkisiylə bağlı təbliğat-təşviqat kampaniyası davam edir.
AzNews.az xəbər verir ki, bu barədə S. Alıyev feysbuk səhifəsində yazıb.
"Bu gün də Ağdaşın Korarx, Pirkəkə, Ərəbocağı, Qoşaqovaq, Şəklili kəndlərinin təmsilçilərini öz platformamla tanış etdim, onların fikir və təkliflərini dinlədim. Göstərdikləri diqqətə görə bir daha təşəkkürümü bildirirəm", - deyə o bildirib.