Fuad Nəcəfliyə yeni vəzifə verildi

Ötən il vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi çalışmış sözügən şəxs Azərbycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta sahiblənib.

Belə ki, o, şirkətin rəhbərinin müşaviri təyin olunub. Məlumatda deyilir ki, yeni təyinat bu günlərdə gerçəkləşib.

Xatırladaq ki, Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad ediləndən sonra onunla bağlı çeşidli məlumatlar yayılmışdı. Hətta Nəcəflinin barəsində cinayət işinin açıldığı iddia olunurdu.

Məlumat üçün bildirək ki, STP Şirkətlər Qrupu – enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sektorları üçün məhsullar istehsal edən ixtisaslaşmış zavodları birləşdirən böyük sənaye kompleksidir./Tribuna.az/