- Mahal
- 12:40
- 1 515
Naxçıvanda dönərdən zəhərləndiyi ehtimal edilən 17 nəfərin son durumu açıqlanıb - YENİLƏNİB

Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.
Aznews.az xəbər verir ki, bunu Mərkəzin həkim-infeksionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, daxil olarkən pasiyentlərin əksəriyyətinin durumu orta-ağır, ikisinin isə vəziyyəti ağır olub:
"Digər 9 nəfər azyaşlıdır. Aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası həmin şəxslər tam klinik sağalma ilə evə buraxılıb. Onlardan üçü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu ehtimal edilir. Yəni təcili tibbi yardım şöbəsinə daha çox zərərçəkən müraciət edib"
09.26
Naxçıvanda kütləvi zəhərlənmə olub.
Aznews.az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.
Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.