Beynəlxalq səyyahlar Ağdamda Şəhidlər xiyabanını ziyarət ediblər

Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahllar klubunun nümayəndə heyəti Ağdam şəhərində Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanında Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif mərhələlərində həlak olmuş sakinlərin dəfn olunması barədə məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın işğalı dövründə Şəhidlər xiyabanındakı məzarlar vandalizm və təhqirə məruz qalıb: başdaşılar dağıdılıb, ərazi baxımsız vəziyyətə düşüb.

O da bildirilib ki, hazırda burada bərpa işləri aparılır.

Report