Kürdəmirdə magistral su kəməri partlayıb, 21 min nəfərin su təchizatı dayanıb

Kürdəmir rayonunda magistral su kəməri partlayıb.

Hadisə Ağsu-Bəhtamtəpə yolunun 22-ci km-də, boru xəttinin rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, diametri 500 millimetr olan borunun iki metrlik hissəsi partlayıb. Nəticədə 21 min nəfərin su təminatı dayanıb.

Hadisə yerinə Kürdəmir rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.

AzNews.az