- Mahal
- 14:39
- 812
Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Aznews.az xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində baş verib. Göyçay rayon sakini Namiq Məmmədovun idarə etdiyi "VAZ- 21015" markalı maşınla Ucar rayon sakini Abduləli Sadıqovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.
Nəticədə Ucar sakinləri - Elşən Məmmədov, həyat yoldaşı Ayşən Məmmədova və sürücü N. Məmmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


