Xaçmazın bəzi kəndlərində işıq olmayacaq

Bu gün Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində iyulun 23-də 35/10 kV-luq Seyidli yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Muxtardır, Aşağı oba, Sahillər və Dalğalı kəndlərində 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

AzNews.az