- Mahal
- 23 İyul 21:37
- 1 192
Ucarda yol qəzası - xeyli yaralı var - FOTO - YENİLƏNİB

Ucar rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.
Aznews.az xəbər verir ki, xəsarət alanlar arasında “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü — Behçəli Fərid Pərviz oğlu və sərnişin — 2017-ci il təvəllüdlü Xədicə Məhərrəmova da var.
***
19:26
Ucarda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanların 1962-ci il təvəllüdlü Cəmilə İbrahimova, 1988-ci il təvəllüdlü Rauf İmanov, 2024-cü il təvəllüdlü Əsra İmanova, 2022-ci il təvəllüdlü Leyla İmanova, 1994-cü il təvəllüdlü Zərnigar İmanova, 1987-ci il təvəllüdlü Fərqanə Məhərrəmova, 1992-ci il təvəllüdlü İsmət İbrahimli, 1992-ci il təvəllüdlü Aybəniz Abdullayeva və 1986-cı il təvəllüdlü Əlövsət Məhərrəmov olduğu bildirilir.
***
18.25
Ucarda yol qəzası olub.
Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən kecən hissəsində baş verib. "Mercedes sprinter"lə "Mercedes Vito"nun toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.
Fakt araşdırılır.



