Cəlilabadda ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb

Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.

Aznews.az xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğınla bağlı araşdırma aparılır.