- Köhnə - Dünya
- 4 Fevral 2016 20:23
- 8 260
Qəddafinin son anları - İndiyədək görmədiyiniz VİDEO
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin həyatının son dəqiqələrinin əks olunduğu və indiyədək heç kimin görmədiyi görüntüləri yayılıb.
AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, yayılan videoda Qəddafinin qiyamçılar tərəfindən döyüldüyü, işgəncəyə məruz qaldığı əks olunub.
Qərb KİV-lərində yayılan bu görüntülər dünya ictimaiyyəti tərəfindən tənqid olunub.
Qeyd edək ki, Müəmmar Qəddafi 2011-ci ilin oktyabr ayının 20-də doğma şəhəri Sirtanın yaxınlığında Liviyanın Keçid Şurasının döyüşçüləri ilə atışmada öldürülüb.