Fəlakəti necə atlatmalı? Fəlakəti necə atlatmalı?

Yer kürəsini ciddi fəlakətlər gözləyir

Fəlakəti necə atlatmalı?



Son günlər bütün dünyanı düşündürən yeganə sual dünyanın sonunun olub-olmayacagı ilə baglıdı. Tibet lamaları yaxınlarda dünyada böyük fəlakətlarin baş verəcəyini gizlətmirlər. Onların dediyinə görə, dekabrın sonunda

"Günəş sisteminin planetləri bir xətt üzrə düzüləcəklər və bu unikal bir hadisə olacaq. Payız və qış isti keçəcək, 21.12.2012-ci ildən isə Yer qalaktik "sıfır xəttindən" keçməyə başlayacaq.

Bu zaman bütün enerjilər sönür və yayıla bilmir. Dünya qaranlığa və sükuta qərq olacaq. İşıq və rabitə kəsiləcək. Qaranlıq ani işıq saçmalar və kölgələrin "oyunu" ilə müşayət ediləcək.

Ara-sıra çoxlarına elə gələcək ki, ətrafda fiqurlar gəzişir, sanki ölülər qəbirlərdən qalxıb. Hərdən bir yer adamın ayağının altindan qaçacaq, sanki kiçik zəlzələ təkanları baş verəcək. Bəzi tikililər buna tab gətilməyib dağılacaq. İnsalar panika və qorxudan kütləvi şəkildə öləcəklər. Kataklizm iki həftə davam edəcək. Onların fəsadları gələn ilin fevralına kimi davam edəcək" - deyə lamalar bildirir.

Bununla belə lamalar fəlakəti atlatmagın yollarını da göstərirlər.

İlk olaraq fəlakəti atlatmaq üçün lamalar bütün sənədləri və isti paltarları yığaraq kəndə getməyi məsləhət görürlər.

Həmçinin insanlara şam, odun, ərzaq və içməli su tədarük etmək vacibdir. Ev heyvanları, xüsusilə də pişikləri bu məqamda müşahidə etmək vacibdir. Təbii instinktlərinə görə onlar ekstremal situasiyada necə davranmağın lazım olduğunu sizə bildirəcəklər. Qaranlıq günlərdə pəncərəni mələfə ilə örtmək və küçəyə çıxmamaq lazımdır.

Alimlər isə bunun əksinə olaraq bildirirlər ki, apokalipsis qarşısındakı bütün qorxular əsassızdır.

AzNews.az