ABŞ, Kanada, Almaniya və Fransa geozfizikləri Yerin 10 min ildən sonra gələcəyindən danışıblar. ABŞ, Kanada, Almaniya və Fransa geozfizikləri Yerin 10 min ildən sonra gələcəyindən danışıblar.

Yer kürəsini gözləyən - Fəlakət

ABŞ, Kanada, Almaniya və Fransa geozfizikləri Yerin 10 min ildən sonra gələcəyindən danışıblar.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, alimlər öz tədqiqatların nəticələrini Nature Climate Change jurnalında dərc ediblər.

Tədqiqatın əsas nəticəsində yaxın 10 min il ərzində qlobal istiləşmə və insan faktoru planetin iqliminin xaotik dəyişməsinə səbəb olacağı bildirilir (əgər insan cavab tədbirləri görməsə).

Bəzi alimlərin fikrincə, yaxın yüz illər ərzində atmosferə buraxılan karbon qazının miqdarı 1,28 milyard tona çatacaq. Digər versiyaya əsasən, bu maddənin havada həcmi 9,5 tonn təşkil edəcək.

Atmosferin kimyəvi tərkibinin dəyişməsi fəlakətlə nəticələnəcək. Orta temperatur 2 dərəcə qalxacaq, Qrenlandiya və Antarktida buzlaqların əriməsi isə Dünya okeanının səviyyəsini 25 metr artıracaq.

Nəticədə Dünya əhalisinin 19 %-i (1,3 milyard insan) yaşadığı sahilyanı şəhərlər suyun altında qalacaq.

25 meqapolisin əhalisinin təxminən yarısı öz yaşayış yerlərini dəyişməli olacaq.

Tədqiqatda alimlər iqlim dəyişməsinin daha 3 ssenarisini göstəriblər. Bütün hallarda alimlərin proqnozları bəşəriyyət üçün fəlakətlə yekunlaşır.

Geofisklər bildiriblər ki, tədqiqatın aparılmasında iqlimin son 10 min il müddətində dəyişməsinin sübutlarını toplayıblar.

Onların fikrincə vəziyyəti yalnız atmosferə karbon qazının tullanmasının qarşısını almaqla düzəltmək olar.