ABŞ-ın bu gün İŞİD-in Liviyadakı düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 2015-ci ilin noyabrında terrorçular tərəfindən girov götürülmüş Serbiyanın Tripolidəki səfirliyinin iki əməkdaşı həlak olub. ABŞ-ın bu gün İŞİD-in Liviyadakı düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 2015-ci ilin noyabrında terrorçular tərəfindən girov götürülmüş Serbiyanın Tripolidəki səfirliyinin iki əməkdaşı həlak olub.

ABŞ-ın zərbəsi nəticəsində Serbiyanın - İki diplomatı öldü

ABŞ-ın bu gün İŞİD-in Liviyadakı düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 2015-ci ilin noyabrında terrorçular tərəfindən girov götürülmüş Serbiyanın Tripolidəki səfirliyinin iki əməkdaşı həlak olub.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya XİN rəhbəri İvitsa Daçiç bildirib. Son məlumata görə, zərbə nəticəsində, İŞİD liderlərindən biri Tunis vətəndaşı Nürəddin Şuşan daxil olmaqla, 49 nəfər ölüb.

İvitsa Daçiçin sözlərinə görə, hücum nəticəsində ölən və yaralananların arasında xeyli sayda əcnəbi var: "Ölənlər arasında ötən ilin noyabrın 28-dən girovluqda saxlanılan Serbiyanın Liviyadakı səfirliyinin iki əməkdaşı – Sladjan Stankoviç və Yovits Stepiç var.

ABŞ tərəfi İŞİD-in düşərgəsində Serbiya vətəndaşlarının saxlanılması barədə məlumatsız olduğunu bildirib.