Nikaraquada hökumət dolmuş həbsxanaları boşaltmaq üçün maraqlı addım atıb. Nikaraquada hökumət dolmuş həbsxanaları boşaltmaq üçün maraqlı addım atıb.

Minlərlə məhbus azad olundu - Həbsxanalar dolduğu üçün

Nikaraquada hökumət dolmuş həbsxanaları boşaltmaq üçün maraqlı addım atıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə 8149 məhbus azadlığa buraxılıb. Rəsmi məlumata görə, azadlığa buraxılan məhbuslar 5 ilə qədər həbs cəzasına məhkum olunanlar olub. Bundan əlavə, 94 xarici vətəndaş cəzasını çəkmək üçün öz ölkəsinə göndərilib.

Məlumatda qeyd olunur ki, bütün məhbuslar 2014-cü ildən bu günə kimi təcili azad olunublar. Məlumatda hazırda Nikaraqua həbsxanalarında məhbusların sayının nə qədər olduğu göstərilməyib. Lakin ötən il ölkənin penitensiar müəssisələrindəki məhbusların sayının 10,5 min olduğu məlumdur. Bu isə Nikaraqua həbsxanalarının tutumundan 2 dəfə çoxdur.

Aydan AXUNDOVA